Search
Advanced search
English | فارسی | العربی
صفحه اصلی > News and Announcements 


  چاپ        ارسال به دوست

Ayətullah Hairi Şirazi: Uca Allahın evləri hansılardır?

Hövzənin bu xətibi Kəbəni məscidlərin qəlbi, məscidləri Allahın aşkar, qəlbləri isə Allahın gizli evləri adlandırdı. O həmçinin qeyd edib: Yalnız Allaha aşiq olan qəlb, Həzrət Haqqın evinə çevrilən qəlb abadlaşır. Necə ki, Zəmzəm Kəbə evini abadlaşdırdı. Camiətul-Mustafanın Ali Fiqh Təhsil İnstitutunun xəbər xidmətinin məlumatına görə Ayətullah Mühyəddin Hairi Şirazi 9 dey və ümmətin vilayətlə peyvəndi günü münasibəti ilə “Quranda bəsirət” seminarında (bu seminar Quran və hədis idarəsinin, həmçinin “Əl-isra” mədəni birliyinin təşəbbüsü ilə Ali Fiqh İnstitutunun (Höccətiyyə) məscidində keçirildi) tarixdə Kəbə evinin abadlaşmasının amillərinə işarə edərək bildirdi: Həzrət İsmayılın (ə) qurban olması əhvalatında Kəbə Zəmzəm suyu vasitəsi ilə abadlaşdı. Bu su, bu çeşmə insanların Kəbə evinin ətrafına toplanmasına səbəb oldu. O Kəbə evinin müsəlmanların birlik amili olmasını qeyd edərək dedi: Bu ittihadı, birliyi müxtəlif ölkələrdəki müsəlmanların Allah evinin ətrafına təvaf etmələrində, dövrə vurmalarında müşahidə etmək olar. Hövzənin xətibi gündəlik namazların da müsəlmanların birlik məzhəri olduğunu qeyd etdi: Gündəlik namazlar zamanı da bütün müsəlmanlar yer kürəsinin harasında olursa olsunlar, Kəbə evinə üz tuturlar və Allaha ibadət edirlər. Ayətullah Hairi Şirazi Quranın Kəbəyə meylli olmayan şəxsi “yatmış” adlandırmasına işarə edərək bildirdi: Bu ifadədən uyğun məna anlaşılır ki, əgər bir şəxs Kəbəyə bağlansa, ayıla bilər və uca Allaha bəsirətlə ibadət edər. O Kəbəni məscidlərin qəlbi, məscidləri Allahın aşkar, qəlbləri isə Allahın gizli evləri adlandıraraq dedi: Allaha aşiq olan qəlb həzrət haqqın evinə çevrilir və abadlaşır; necə ki, Zəmzəm suyu Kəbə evini abadlaşdırdı. Hövzənin bu xətibi bir damla göz yaşının insanı paklayıb çirkinliklərdən uzaqlaşdırdığını qeyd edərək dedi: İnsanın daxili abadlığı göz yaşları ilə başlayır və nəticədə insan düzgün yola hidayət olur.


١٠:٣٨ - 1392/01/15    /    شماره : ٢٦٦٩٩    /    تعداد نمایش : ٤٣٠


امتیازدهی

خروج




visit of this month: 20036 Today visit: 62 Total visit:30842 Loading time: 1/9960
all Rights Reserved