Search
Advanced search
English | فارسی | العربی
صفحه اصلی > News and Announcements 


  چاپ        ارسال به دوست

Ali Fiqh İnsitutunun tədqiqat şöbəsi bildirdi: Din barəsində şəxsi səliqələr, maraqlar əsasında nəticə, çıxarış əldə edildikdə ...

Ruhaniyyət din barəsində şəxsi səliqə, maraq əsasında, şəxsi zövqə uyğun nəticə çıxarmaq üçün fəzanı azad qoyduqda, nəticədə insanlar din barəsində zövqlərinə uyğun və fərqli nəticələr çıxardırlar. Camiətul-Mustafanın Fiqh Ali insitutunun xəbər xidmətinin verdiyi məlumata görə höccətül-islam vəl-müslimin Seyid Həsən Abidiyan Ali Fiqh insitutunun (Höccətiyyə) tədqiqat məhsulları sərgisilə əlaqədar Şəhid Mütəhhəri salonunda keçirilən mərasimdə hazırkı əsrdə tədqiqatın əhəmiyyəti məsələsinə işarə edərək bildirdi: Yaşadığımız cəmiyyətdə insanlar üçün şəri vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı bir çox suallar ortaya çıxır və bu suallardan bəziləri kütləvi informasiya vasitələri yolu ilə nəşr olunur. O həmçinin əlavə etdi: Hollivud və Bollivud filimləri xüsusi düşmənçilik və hədəflə uyğun şübhələri əhatələndirir və beynəlmiləl səviyyədə şübhə yaratmaq üçün onun əhatəsini artırmağa çalışır. Höccətül-islam vəl-müslimin Abidiyan ruhaniyyətin uyğun şübhələri cavablandırmaqda inkarolunmaz rola malik olduğunu bildirərək dedi: Ruhaniyyət din barəsində zövqlər əsasında nəticə çıxarmaq üçün fəzanı azad qoyduqda, nəticədə insanlar dinlə bağlı zövqlər əsasında və fərqli nəticələr əldə edəcəklər. Institutun tədqiqat şöbəsinin müdiri ruhaniyyətin din barəsində dəqiq və hərtərəfli təsəvvür ortaya qoymalı olduğunu bildirərək dedi: Camiətul-Mustafanın yüksək mərhələlərdə təhsillə məşğul olan tələbələri özlərində belə bir inam yaratmalıdırlar ki, onlar bir çox müasir şübhələrin kökünün nədə olduğunu müəyyənləşdirməyə və beynəlmiləl ehtiyaclara cavab verməyə qadirdirlər. O həmçinin bildirdi: Fikrimizə görə Camiətul-Mustafanın qeyri-iranlı tələbələri olduqca münasib elmi bazaya malikdirlər, lakin təkcə tədqiqat və beynəlmiləl təbliğ baxımından özlərini gücləndirməlidirlər. Höccətül-islam vəl-müslimin Abidiyan hamımızın Allah qarşısında məsuliyyət daşıdığımızı bildirərək dedi: Ruhanilər bu məsələyə diqqət yetirməlidirlər ki, hətta elmi dairələlərdə də məhdud dini məlumata malik təcrübəli seçkinlər var. İnstitutun tədqiqat şöbəsinin müdiri bildirdi: Keçmiş alimlər çox az imkanlar, məhdud şəraitlərlə yanaşı çox elmi işlər, fəaliyyətlər göstəriblər. bu onların dinə ürək yandırmalarının göstərcisidir. O həmçinin virtual aləmdə təbliğin əhəmiyyətinə işarə edərək bildirdi: Hansısa bir sayt bir neçə təbliğatçı qədər effektli ola bilər. Dünyada son dövrlərdə baş verən müharibələr də bunun göstəricisidir ki, dünyadakı hərbi qüvvələr uyğun vasitələrdən istifadə edir və hadisələri qabartmaqla öz hərbi hədəflərinə çatmağa çalışırlar. Höccətül-islam vəl-müslimin Abidiyan dünyanın başa çatması haqqında yayılmış yalan xəbərə və beynəlmiləl virtual təbliğin əhəmiyyətinə işarə edərək bildirdi: Şayiədən ibarət olan bu xəbər dünya millətlərinə o qədər təsir etdi ki, müxtəlif ölkələrdən olan bir çox insanlar yalançı axirəzzəmanda sağ qalmaq üçün əmniyyətli məkanlar axtardılar. Institutun tədqiqat şöbəsinin müdiri Camiətul-Mustafanın elmi-tədqiqat birliklərinin nisbətən münasib imkanlarına işarə edərək təkidlə bildirdi: Bu birliklər gələcəkdə öz tədqiqat işlərində daha müvəffəq olmaq üçün hazırkı fəaliyyətləri barədə dəqiq hesabat aparmalıdırlar. O sonda tədqiqat məsələlərində birtərəfli baxışdan uzaq durmağın zəruriliyini bildirərək dedi: Öz tədqiqat hədəflərimizi beynəlmiləl etməliyik və öz şəri məsuliyyətimizə əsasən səylərimizi, praqramlarımızı artırmalıyıq. Qeyd edək ki, mərasimin sonunda Məhkəmə Fiqhi, Tərbiyəvi Fiqh və Siyasi Fiqh elmi-tədqiqat birlikləri sərginin birinci, ikinci və üçüncü rütbələrinə layiq görüldülər.


١٠:٤٤ - 1392/01/15    /    شماره : ٢٦٧٠١    /    تعداد نمایش : ٣٣٤


امتیازدهی

خروج




visit of this month: 20030 Today visit: 48 Total visit:30828 Loading time: 1/5920
all Rights Reserved