Search
Advanced search
English | فارسی | العربی
صفحه اصلی > News and Announcements 


  چاپ        ارسال به دوست

Ali Fiqh İnstitutunda (Höccətiyyə) ilk dəfə gerçəkləşdi: Dünyanın 11 yaşayan dilində beynəlmiləl şübhələrə cavab

 

 

Indiyədək nəşr olunmuş şübhələrə cavab proşuralarından "Tədqiqat işartısı" iki cild kitab nəşr olunub. Bu kitab dünyanın 11 dilinə, alman, ordu, istanbul türkcəsi, azəri türkcəsi, ərəb dili, pəşto, ingilis, fulani, tacik, indoneziya və çin dillərinə tərcümə olub. Əvvəldə yazılmış ilk beş dildə uyğun kitab nəşr olunub, digər dillərdə isə nəşr olunmaqdadır.

Höccətül-islam vəl-müslimin Seyfullah Müdəbbir Ali Fiqh institutunun xəbər xidmətiylə söhbətində (tədqiqat məhsulları sərgisinin keçirilməsi ərəfəsində) bu idarənin tədqiqat fəaliyyətlərinə işarə edərək bildirdi: Tədqiqat şöbəsi 3, şübhələri öyrənmək, elmi birliklər və elmi konfranslar və seminarlar bölməsindən təşkil olunub. Bu bölmələr birlikdə həmkarlıq edib, altı yüz 4 və 5-ci mərhələdə (doktorantura) təhsil almış mütəxəssisləri nizamlı şəkildə tədqiqat işlərinə müvəffəq olub.

O həmçinin əlavə etdi: İnstitutda 13 elmi-tədqiqat birliyi təşkil olunub. Institutun Məhkəmə fFqhi birliyi ötən il Camiətül- müstəfanın ən üstün birliyi seçilməsinə müvəffəq olub. Həmçinin Tərbiyəvi Fiqh, İslam Kəlamı (kəlam elmi yəni dini fəlsəfə), İslam Tarixi, Quran Elmləri və Ədəbiyyat birlikləri Camiətul-Mustafanın 10 üstün birliyi arasında yer tuta bilib. Tədqiqat şöbəsinin rəhbəri uyğun birliklərin yaranma hədəfinə işarə edərək bildirdi: Seçkinləri, tədqiqatçıları tanımaq, öyrənmək, onları maraqlandırmaq, tələbələrin tədqiqat, araşdırma istedadlarının çiçəklənməsi üçün münasib şərait yaratmaq və onların elmi-tədqiqat bacarıqlarından faydalanmaq bu birliklərin təsis edilməsindəki hədəflərindəndir.

 

 

Höccətül-islam vəl-müslimin Müdəbbir bildirdi: bu il 16 elmi seminar keçirilib. Bu elmi seminarların bəziləri ixtisasi formada, bəziləri isə ümumi formada keçirilib. Seminarlar başa çatdıqdan sonra isə onların möhtəvası praşura formasında tədqiqatçılara təqdim olunur. İndiyədək 25 seminar praşura formasında nəşr olunub.

          O Birliklər arasında elmi müsabiqələrin keçirilməsinə işarə edərək bildirdi: Bu müsabiqələr birliklərin ixtisaslarını nəzərə almaqla kətbi və virtual formada, üslubda keçirilir.

          Tədqiqat şöbəsinin müdiri bildirir: Bizim elmi birliklərimiz hər il 2 dövri tədqiqat nəşri (120 səhifədən ibarət) nəşr edir. Tələbələrin tədqiqat baxışının inkişafı üçün hazırkı ildə 3 uzun müddətli təcrübə kursu, 8 qısa müddətli kurs və bir bilik inkişafı kursu keçirdik. Bu kurslarda məqalə yazmaq və tərcümə üsulu kimi mövzular araşdırılır.

Höccətül-islam vəl-müslimin Müdəbbir bildirdi: Elmi-tədqiqat və əyləncə düşərgələrinin salınması da tələbələrin tədqiqata meyilli olmaları üçün nəzərə alınmış vasitələrdəndir. O bildirdi ki, 91-ci ildə Ali Fiqh İnstitunun tədqiqat birliklərinin 110 üzvü üçün tədqiqat düşərgələri salınıb. O belə əlavə etdi: Bu ilin ilk aylarında beynəlmiləl “İslam və cinsi məsələlər” toplantısı keçirdik. Toplatının katibliyinə dünyanın 5 ölkəsindən göndərilmiş 50 məqalə arasında 12 məqalə rütbələrə layiq görüldü.

          Tədqiqat işləri idarəsinin müdiri Camiətul-Mustafanın xaric və daxilində keçirilən konfranslar və festivallarda elmi iştirakı bu institun tədqiqat birliklərinin digər dəyərli işlərindən hesab edərək, bildirdi: Bu idarə ilə həmkarlıq edən 600 tədqiqatçı uyğun elmi proqramların bir çoxunda yüksək rütbətələrə layiq gorülüblər.

          Hoccətül-islam vəl-müslimin Müdəbbir bildirdi ki, institun şübhələrə cavab bölməsi 91-ci ildə əqidə və dini fəlsəfə mövzusunda 130 şübhəni cavablandırıb. Bu suallar müxtəlif ölkələrdən ünvanlanıbmış. O bildirdi ki, şübhə öyrənmək bölməsində 13 birlikdən olan 20 elmi mütəxəssis şübhələri araşdırıb, cavablandırmaqla məşğuldur.

          O söhbətə belə davam etdi: Elmi mütəxəssislərin cavablandırmasından sonra həmin cavablar dəyərləndirilmək üçün mövzuya uyğun elmi qrupun dəyərləndirici ustadına ünvanlanır və onun tərəfindən təsdiqləndikdən sonra, həmin cavablar məcmuəsi “Tədqiqat işartısı" adı ilə praşura formasında nəşr olunur ki, Camiətul-Mustafanın müxtəlif millətlərdən olan tələbələrinin və digər maraqlananların istifadəsinə verilsin. Cameətul-Mustafanın tədqiqatçısı bildirdi: “ Tədqiqat işartısı” adlanan praşuraların 20- sinin mətnindən Cameətul-Mustafanın tələbələri və tədqiqatçıları arasında müsabiqə keçirilir.

          Tədqiqat işləri idarəsinin müdiri indiyədək şübhələrə cavabla bağlı 2 kitabın nəşr olunduğunu və 3–cü kitabın nəşrə hazır olduğunu bildirərək dedi: İndiyədək şübhələrə cavab adlı nəşr olunmuş praşuralar məcmuəsindən “Tədqiqat işartısı” adlı 2 cild kitab çap olunub. Bu kitab dünyanın 11 dilinə, ordu, alman, istanbul türkçəsi, azəri türkçəsi, ərəb, pəştu , ingilis, fulani, tacik, indenoziya, sindi dillərinə tərcümə olunub. Əvvəldə qeyd olunan 5 dildə uyğun kitab nəşr olunur, digər dillərə isə nəşr olunmaqdadır.

          Höccətül-islam vəl-müslimin Mudəbbir bildirdi: Ali Fiqh İnstitunun tədqiqat nəşriyyatı ilə həmkarlıq, ixtisasa və uyğun ölkənin ehtiyaclarına görə tədqiqatla bağlı kompüter proqramlarının hazırlanması, internet saytlarının yaradılması, virtual işlər və azad düşüncə toplantılarının keçirilməsi bizim elmi birliklərin yaxından iştirak etdiyi ərsələrdəndir.

          O, Ali Fiqh İnstitunun tədqiqat məhsulları sərgisinin açılmasına işarə edərək bildirdi: Bu sərgidə tədqiqat şöbəsinin və institun tələbələrinin tədqiqat fəaliyyətləri 13 tədqiqat birliyi tərkibində nümayiş olunur.

Tədqiqat işləri idarəsinin müdiri sonda bildirdi ki, bu sərgi tədqiqat işləri idarəsinin təşəbbüsü ilə sabah sübh açılacaq və ayın 29-na kimi sərgi nümayiş olunacaq.

Maraqlananlar uyğun günlər saat 8.30 dan 12-yədək sərgiyə baxış keçirə bilərlər.


١٠:٥٧ - 1392/01/15    /    شماره : ٢٦٧٠٣    /    تعداد نمایش : ٢٨٠


امتیازدهی

خروج




visit of this month: 20032 Today visit: 58 Total visit:30838 Loading time: 0/9680
all Rights Reserved