Search
Advanced search
English | فارسی | العربی
صفحه اصلی > News and Announcements 


  چاپ        ارسال به دوست

Höccətiyə mədrəsəsində ilk dəfə düşünçə azadlığı toplantısı keçirildi

 

 

          "Camiətul-Mustafa"nın Ali Fiqh Təhsil İnstitunun xəbər xidmətinin məlumatına görə höccətül-islam vəl-müslimin Möhsin Ğərəviyan Ali Fiqh İnstitunda keçirilən “Kəlam elmi ilə üsul elminin əlaqəsi” adlı düşüncə azadlığı toplantısında (toplantı institunun tədqiqat şöbəsi, kəlam elmi-tədqiqat birliyi və fəlsəfə və kəlam qrupunun təşəbbüsü ilə institun məscidində keçirildi) elmi hövzələrdə əqli müzakirələrin zəruriliyinə işarə edərək bildirdi: Bir neçə müddətdir ki, bir qrup Qum elmi hövzələrində və digər böyük şəhərlərdə hövzənin fəlsəfə və digər əqli elmlərdən uzaq düşməsindən danışır.

          O kəlam və üsul məsələlərinə işarə edərək bildirdi: Kəlam elmi əqli və nəqli elmlər və digər metodların tərkibindən ibarətdir. Üsul elmi isə şər`i hokmlərin əldə olunması üçün lazım olan qanunlardan ibarətdir. Fəlsəfənin zahirən kəlama ən yaxın elm olmasına baxmayaraq, digər elmləri də kəlama yad hesab etmək olmaz.

          Hövzənin bu dəyərli ustadı bildirdi ki, hər bir elm digər elmlərə düyünlənib. Elmlər arasında müştərək nöqtəni, cəhətlərini bilmək üçün elmlərin bir-birlərindən fərqlərini öyrənmək lazımdır.

          Höccətül-islam vəl müslimin Ğərəviyan hermenevtika şübhələrinə işarə edərək bildirdi: Bu gün cənab Süruş kimi bəziləri tərəfindən irad edilən bu şübhənin möhtəvası bundan ibarətdir ki, kəlmələr mənalara acıblar. Başqa sözlə biz öz düşüncəmizi kəlmənin, sözün hal-hazırda aramızda olmayan müəllifinin məqsədinə uyğunlaşdırırıq və onu, düşüncəmizi həmin sözün qəlbinə sığışdırırıq.

          Höccətül–islam vəl-müslimin Davud Ğaibi bildirdi ki, üsul elmi fiqh elminin “Təsdiqi əsasları”ndandır. Fiqhi şər`i hökmləri açıqlayan mülahizələrdi. Onların bir çoxu da üsluba ehtiyaclıdır və bunu sübuta yetirən elm üsuli-fiqhdir.

          O bildirdi ki, fiqhlə üsul arasında qarşılıqlı rabitə var və onlar bir- birlərinin başa düşülməsində birbaşa təsirə malikdirlər. Kəlam elmi də bəzi hallarda üsul elminin təsdiqi əsaslarından hesab olunur. Əlbəttə mənim fikrimə görə bəlkə də bəzi alimlərin düşündüyü kimi bu qədər də əhatəli deyil.

          Höccətül-islam vəl-müslimin Ğaibi bildirdi: Hermenevtika şübhəsi müəllifin sözü istiqamətləndirməsindən ibarət deyil. Əksinə, nəzərdə tutulan budur ki, təkcə sözlərlə kifayətlənmək olmaz, gərək fəza, şərait və digər nişanələr də nəzərdə tutulsun.


١٠:٥٨ - 1392/01/15    /    شماره : ٢٦٧٠٤    /    تعداد نمایش : ٤٣٨


امتیازدهی

خروج




visit of this month: 19375 Today visit: 87 Total visit:29079 Loading time: 0/6719
all Rights Reserved