Search
Advanced search
English | فارسی | العربی
صفحه اصلی > News and Announcements 


  چاپ        ارسال به دوست

Ali Fiqh İnstitunun qeyri- iranlı alimi taylandlıların İmam Xumeyni (Allah ona rəhmət etsin) və Böyük Məqamlı Rəhbərə baxışlarından danışdı

 

 

          Camiətul-Mustafanın bu alimi bildirdi ki, dünya müsəlmalarının bir çoxlarının evində rəhmətlik İmamın, Uca Məqamlı Rəhbərin və mərhum Ayətullah Behçətin şəkilləri mövcüddur. O həmçinin belə əlavə etdi: Taylandlı müsəlmanlar arasında hətta onların şəkillərini belə görməyənlər də bu böyük şəxslərə qəlbən bağlıdırlar.

          Camiətul-Mustafanın Ali Fiqh İnstitunun xəbər xidmətinin məlumatına görə höccətül–islam Cay Pungsay müqəddəs müdafiənin bir qrup Damğanlı döyüşçüləri və şəhidlər yolu fəallarından olan bir qrup şəxsin Ali Fiqh İnstituna (Höccətiyə) baxış keçirdikləri zaman Tayland xalqının dininə, əməllərinə işarə edərək bildirdi: Taylandın 70 milyon əhalisi var. Əhalinin 89 faizi bütpərəstdir.

          O belə dedi: Bu ölkədə rəsmi din yoxdur. Buna səbəb isə Amerikanın bu ölkəni turist ölkəsi kim tanıtdırmaq istəməsidir. Amerika istəmir ki, din turistlərin bu ölkəyə gəlişinə mane olsun.

          Ali Fiqh İnstitunun alimi taylandlı mortazların xalq arasındakı nüfuzuna işarə edərək bildirdi: “Ülumi-ğəribə” ( gizli, sirli elmlər) bu ölkədə böyük keçmişə malikdir. Bunların hamısı şeytani güclərdən qaynaqlanır. Lakin düzgün təbliğlə elmi müzakirələrlə onları Allahpərəst etmək mümkündür.

          Höccətül-islam Cay Punqsay bildirdi ki, hər bir evdə kiçik bir büt var və insanlar onlara nəzir verirlər, bu nəzirlər isə sonda onların din mübəlliğinə, təbliğatçısına çatır. Taylandda buddizim dininin təbliğatçıları xalq arasında böyük güc sahibidirlər və həmçinin xalqdan maddi baxımdan çox kömək, dəstək alırlar.

          O Taylandın və onun kimi bir çox ölkələrin qeyri-islami vətəndaşları olmasına işarə edərək bildirdi ki, xərçənglər, qurbağa, ilan, mış, pişik və it taylandlıların sevimli yemekləri hesab olunur.

          Qeyri-iranlı alim bildirdi ki, əgər islam ölkələri öz mahiyyətlərini unutsalar, bu ölkənin xalqından daha yaxşı aqibətlə üzləşməyəcəklər.

          Höccətül-islam Cay Punqsay belə əlavə etdi: İran xalqı gərək öz şiə təbliğatçılarının qədrini bilələr. O həmçinin bildirdi: Şeyx Əhməd Qummi bir tacir idi. O gözəl, xeyirxah əməlləri ilə Taylandda çox insanları şiə etdi. Diqqət yetiriləsi nöqtə budur ki, bu böyük şəxsin vəfatından sonra həmin insanlar arasında şiə təbliğatçısının olmaması səbəbindən onların, şiələrin bir çoxu əhli-sünnənin təbliğatı nəticəsində onların məzhəbinə yönəldilər, yaxud da buddist təbliğatçıların dəvəti ilə büdpərəst oldular.

          O bildirdi: İran islam inqilabı və onun banisi tayland xalqında böyük təsir qoyub. Bir neçə müddət öncə taylandlı buddist tədqiqatçılardan birinin məqaləsini internetdə gördüm. O imam Xumeynini (r.) həmin və`d olunmuş İmam Zaman adlandırmışdı. Bu iddia batil olsa da, taylandlıların tarixin böyük şəxsiyyətinə verdikləri qiymətin göstəricisidir.

          Ali Fiqh İnstitunun alimi bildirdi: Taylandda vilayəti-fəqih aşiqləri adlı bir müəssisə mövcuddur. Bu müəssisə bir taylandlı xeyriyəçinin maddi köməyi ilə islami mədəniyyət məhsullarını xalq arasında paylayır və bu məhsullar ölkə əhalisi tərəfindən, xüsusi ilə buddistlər tərəfindən müsbət qəbul olunur.

          Höccətül-islam Cay Punqsay İmam Xumeyninin (r.) “ bizim inqilabımız nurun partlayışı idi” cümləsinə işarə edərək bildirdi: Cinsi baxımdan bir çox azadlıqlara malik olan bu ölkədə hətta əhli-sünnə və buddist rəhbərlərin mane yaratması da ölkə əhalisinin Fələstin xalqının himayəsi üçün çox saylı yürüşlərinin qarşısını ala bilmir.

          Camiətul-Mustafanın bu qeyri-iranlı alimi bildirdi ki, bu gün bütün dünyadakı azadlıqsevərlərin, azad düşünənlərin gözü irandakı hadisələrdədir və onlar bu ölkənin dünyada güc sahibi olmasına ümid bəsləyirlər. İran xalqı haqla batil savaşının başında durur. Əgər onlar meydanı boş qoysalar, dünyanın məzlum xalqlarından bir çoxları da öz tənha ümidlərini əldən verəcəklər.

O bildirdi: Dünya müsəlmanlarının bir çoxlarının evində rəhmətlik İmamın, Uca Məqamlı Rəhbərin və mərhum Ayətullah Behcətin şəkilləri mövcuddur. Taylandlı müsəlmanlar arasında bu böyük şəxslərin hətta şəkillərini belə görməyənlər də onlara qəlbən bağlıdırlar.

 


١١:٠٠ - 1392/01/15    /    شماره : ٢٦٧٠٥    /    تعداد نمایش : ٤١٨


امتیازدهی

خروج




visit of this month: 20034 Today visit: 60 Total visit:30840 Loading time: 1/0360
all Rights Reserved