Search
Advanced search
English | فارسی | العربی
صفحه اصلی > News and Announcements 


  چاپ        ارسال به دوست

“Quran baxımından qövmpərəstlik, nasionalizm” elmi-dəyirmi masasında bildirildi: Quran ifrat nasionalizm və millətpərəstlikdən çəkinməyə çağırır

800x600 Normal 0 false false false EN-US X-NONE FA MicrosoftInternetExplorer4

 

          Camiətul-Mustafanın Ali Fiqh İnstitunun xəbər xidmətinin məlumatına görə höccətül-islam Həbibullah Salehi Ali Fiqh İnstitunun (Höccətiyə) tədqiqat şöbəsinin və Quran Elmləri Elmi Tədqiqat Birliyinin təşəbbüsü ilə bu institun Şəhid Mütəhərri salonunda keçirilən "Quran baxımından nasionalizm" adlı 23- cü elmi dəyirmi masada bildirdi: Hər bir insanın zatında, ruhunda onun qövmünə və doğulduğu vətəninə fitri meyl var. Bu Quran tərəfindən də təsdiqlənib.

          O bildirdi ki, nasionalizimin iki, romantik və ifratçı bölməsi var. İnsanın öz qövmünə fitri meyli romantik nasionalizmin nümunələrindəndir, nasionalizmin bu növünün ifrat nasionalizmlə böyük fərqi var.

          Höccətül-islam Salehi ifrat nasionalizmin kökünə işarə edərək bildirdi: İfrat nasionalizm qədim Romada yaranıb və yəhudilər kimi digər qövmlər bu yolu davam etdiriblər. Bunun nəticəsində tarix boyu çox qanlar tökülüb.

          Quran elmləri mütəxəssisi olan bu şəxs bildirdi: Renesansdan sonra Avropa öz birliyini qorumaq üçün ifrat millətçiliyə üz tutdu. Bu isə əməldə həmin ifrat nasionalizm hesab olunur.

O bildirdi: İfrat qövmçü hökumətlər, müqəddəs kitabların milli dili tərcüməsi və Böyük Fransa İnqilabının avropada bu növ nasionalizimn inkişafında böyük rolu olub. Bu fikir Hegel kimi avropa mütəfəkkirləri tərəfindən ortaya qoyuldu və Almaniya kimi ölkələrdə geniş şəkildə yayıldı. Onun əlamətlərini 2-ci dünya müharibəsində alman nasistlərin törətdiyi qətliamlarda görmək olar. Höccətül-islam Salehi qeyd etdi ki, mədəni nasionalizm də Hegelin digər ifrat düşüncələrindən idi ki, 19-cu əsrdə ortaya çıxdı. 20-ci əsrin axırlarında yeni qloballaşma təfəkkürü səbəb oldu ki, ifrat nasionalizm düşüncəsi öz rəngini itirsin və millətlərin, insanların hüququ kimi düşüncələr açıqlansın.

          Söhbətin davamında höccətül-islam Mühəmməd Əmin Mübəlliğ qövmçülük mövzusunun kökünə işarə edərək, bildirdi: Bu mövzu, bu həssas mövzu islam cəmiyyətlərinə xaricdən daxil olub. Çünki islam istənilən bir millətçiliyi, qövmçülüyü və xudbinliyi inkar edir.

          O həmçinin əlavə etdi: Dunyada 190-dan artıq milli dövlət var və bu dövlətlər millətçilik nəzəriyyəsi əsasında yaranıblar; baxmayaraq ki, müxtəlif milli və qövmi mədəniyyətlər əsaslarında formalaşıblar!

          Höccətül-islam Mübəlliğ bildirdi ki, “ qövm” kəlməsi Quranda qrup mənasındadır və müasir millətçilik anlayışı mövzusu ilə əlaqəsi yoxdur. Qurandakı “ey bəni-israil qövmü” kimi ifadələr bu nəzəriyyəni təsdiqləyir ki, Qurandakı "qövm" millətçilik mənasında deyil. Elə bu cəhətdən də Quran həmin kəlmədən istifadə edir.

          Bu Quran elmləri mütəxəssisi belə əlavə etdi: Qurani-kərimdə “vahid ümmət” ibarəsindən istifadə olunub. Bu ifadə isə millətçiliyin inkarı və vahid İslam ümmətinin qurulmasına bir işarədir.

          O sonda bildirdi ki, Qurani- kərim baxışına görə qövmlər arasında üstünlüyün meyarı təqvadır. "Hücərat" surəsinin 13-cü ayəsi müxtəlif və fərqli qəbilələrin mövcudluğunu təsdiqləyir, lakin hər bir növ qövmçülük və nasionalizmi inkar edir.


١١:٠٠ - 1392/01/15    /    شماره : ٢٦٧٠٦    /    تعداد نمایش : ٤٢١


امتیازدهی

خروج




visit of this month: 19372 Today visit: 79 Total visit:29071 Loading time: 0/5313
all Rights Reserved