Search
Advanced search
English | فارسی | العربی
صفحه اصلی > News and Announcements 


  چاپ        ارسال به دوست

İslam Cihadı Hərəkatının Tehrandakı nümayəndəsi bildirdi: İrana qarşı 30 illik sanksiyalar Fələstini himayə etməyə görədir

 

 

          Otuz il ərzində İrana qoyulmuş sanksiyalar və daxil olan təzyiqlər İranın nüvə proqramına xatir deyil. Bunların səbəbi yanlız Fələstin hədəflərinin himayəsidir.

          Cameətül-Müstəfanın Ali Fiqh Təhsil İnstitunun xəbər xidmətinin məlumatına görə cənab Nasir Əbu Şərif Ali Fiqh İnstitunun (Höccətiyyə) rabitələr və xarici-əlaqələr şöbəsinin təşəbbüsü ilə bu institun məscidində keçirilən "İslami oyanış sayəsində qələbə fəcri” konfransında İslam düşmənlərinin Fələstin barəsində olan nəzərlərinə işarə edərək bildirdi: Fələstin məsələsi İslam millətləri arasında yeni bir mövzu deyil. Əksinə bütün tarix boyu bu millətin düşmənləri bu ölkədə çox hiylələrə əl atıblar, ixtişaşlar yaradıblar.

          O belə əlavə etdi: Bu ölkənin düşmənləri bütün vasitələrlə bu ölkəni parçalamağa çalışırlar. Amerika və İngiltərə kimi bir çox qərb ölkələrinin uyğun proyekti, layihəsi indi də davam edir və onlar bu məzlum xalq vasitəsilə öz hədəflərinə çatmağa çalışırlar.

          Cənab Nasir Əbu Şərif bildirdi ki, İran İslam Respublikasının mövqesi uyğun hərəkatı himayə etmək, İslam ölkələrində islami oyanış üçün çalışmaqdır. Bugünkü, istismarçıların Fələstinə olan təhlükəsi bu millətin keçmişdəki istismarçı düşmənlərinin hədələrindən daha güclüdür. Bu gün Fələstin olduqca həssas bir şəraitdədir.

          İslam Cihadı Hərəkatının Tehrandakı nümayəndəsi bildirdi: Qəzzə elə bir mühasirədədir ki, hətta Ərəbistan və Ordun kimi ərəb ölkələri də onu himayə etmirlər. Lakin Qəzzə xalqı mənəvi silahları ilə İsrailin müasir silahları qarşısında dayanmağı bacardılar və sübut etdilər ki, uca Allaha təvəkkül etməklə çox güclü rəqiblərə də qələbə çalmaq olar. Cənab Nasir Əbu Şərif Amerika birləşmiş ştatlarının İsrail rejiminə olan böyük köməklərinə işarə edərək bildirdi: Bizim cihadımız maddi və mali imkanlar baxımından çox zəifdir. Fələstin Müqavimət Hərəkatı daha çox maddi imkanlara ehtiyaclıdır.

          Cənab Nasir Əbu Şərif həmçinin qeyd etdi ki, Əfqanıstan və İraq müharibəsi Amerikada bir çox ixtilaflara səbəb oldu. Hal-hazırda Türkiyə kimi keçmişdə gizli şəkildə İsraillə həmkarlıq edən bir çox ölkələr islamı oyanış və iran islam respublikasının Fələstin xalqına olan sonsuz himayələri nəticəsində bu rejimə köməklərindən əl çəkib, Fələstini himayə etməyə başlayıblar.

          O bildirdi: Qəzzə mücahidləri İranın, islam dünyasının ümumi düşüncəsinin və İran silahlarının himayəsi ilə məntəqədə güc sturukturlarını bir-birinə vurmağa və dəmir qalanı keçib Təl-əvivi lərzəyə gətirməyə müvəffəq olublar.

          Cənab Əbu Şərif əlavə etdi: Bir bombanın və kiçik bir raketin İsrailə düşməsi sionistlərin qaçmasına səbəb oldu. Lakin biz hər nə qədər bu yolda ölümlə üzləşsək, yenə də vətənimizi tərk etmirik. İslam Cihad Hərəkatının Tehran nümayəndəsi bildirdi: İslam dünyasının yüksəlməsinə şahidik. Buna sübut Tunis, Misir və Liviya kimi diktatorların, diktator rejimlərin süqutudur. Cənab Nasir Əbu Şərif Fələstini himayə etməyin İranın yeganə günahı olduğunu bildirərək dedi: İrana olan təzyiqlər və 30 illik sanksiyaların səbəbi İranın nüvə proqramları deyil. Əksinə bütün bunlar fələstin hədəflərini himayə etməyə xatirdir.

Sonda bildirdi: İranlı və qeyri-iranlı tələbələr və ruhanilər beynəlmiləl səviyyədə bu nidanı səsləndirməlidirlər ki, düşmənlərin hədəfi Fələstin yox İslam dünyasıdır.


١١:٠١ - 1392/01/15    /    شماره : ٢٦٧٠٧    /    تعداد نمایش : ٣٢٧


امتیازدهی

خروج




visit of this month: 20031 Today visit: 54 Total visit:30834 Loading time: 1/4400
all Rights Reserved