Search
Advanced search
English | فارسی | Urdu | Az | العربی
صفحه اصلی > Şurala 

 

Ali Fiqh Təhsil İnstitutunun şuraları

 

Hər bir institut və təşkilatın aktuallığı, funksionallığı bacarıqlı və yaradıcı rəhbərlərin iştirakı, həmçinin onların effektli və münasib qərarları ilə gerçəkləşir. Düzgün və münasib qərarlar idarəçilikdə ən mühüm məsələlərdən hesab olunur. Əlbəttə alınan qərarlar hərtərəfli olmalı və bu qərarlarda təkcə hədəflə bağlı proqramların xüsusi bir hissəsi deyil, hədəf və mövzu bütövlükdə nəzərə alınmalıdır. Odur ki, ehtimal zərərlərin, xüsusi ilə proqramlar və qəbul olunan qərarlar zamanı birtərəfli baxışların qarşısının alınması üçün qərar qəbul etmə və məsləhət şurası olduqca əhəmiyyətlidir.

 

Ali Fiqh İnstitutunun beynəlmiləl əhatə və təsirə malik mühüm və strateji missiyası və hədəflərinə xatir, həmçinin proqramların icrası zamanı hərtərəfli və nöqsansız qərar qəbul olunmasına görə bu institutda 10 şura təsis edilib.

 

Hər 10 şurada şuraya rəhbərlik institutun hörmətli müdirinin öhdəsinə düşür. O olmadıqda isə bu öhdəçiliyi müdirin əvəzedicisi öhdəsinə götürür. Hər şuranın katibliyi mövzu ilə bağlı bölmənin öhdəsinə düşür. Məsələn, tədqiqat şurasının katibi institutun tədqiqat şöbəsinin müdiridir. Katibin vəzifəsi konfrans əmrini hazırlamaq, konfransın vaxtını elan etmək və konfrans üzvlərini dəvət etmək, həmçinin iclasın protokolunu hazırlamaq və müdiriyyət tərəfindən təsdiqləndikdən sonra, onu üzvlərə göndərməkdir. 10 şuranın qanunları elan olunduqdan sonra institutun bütün şöbələrində icra olunmalıdır.

 

1. İnstitut şurası

 

Ali Fiqh Təhsil İnstitut Şurası institut daxilində icraçılıq işləri ilə bağlı ən üstün qərar qəbul etmə orqanıdır. Bu şura məsləhət vermə roluna malik olmasından əlavə institutda müstəqil bir şura kimi çox mühüm səlahiyyətlərə və mövqeyə malikdir.

 

Maliyyə idarəsi, xarici əlaqələr, insan resursları, inkişaf və texnologiyaya aid olan işlər institut şurasında açıqlanacaq və onlarla bağlı xüsusi şura olmayacaq.

 

Şuranın vəzifaləri

 

1. İnstituta aid ümumi layihələri araşdırmaq, nəzərdən keçirtmək;

 

2. Maliyyə, xarici əlaqələr, insan resursları, inkişaf və informasiya texnologiyası şöbələrinə aid qayda-qanunları təsdiqləmək;

 

3. İnstitutun illik büdccəsini və uzunmüddətli proqramlarını nəzərdən keçirib, araşdırmaq;

 

4. İnstitutun illik vəsaitini, insan resurslarını, imkanlarını nəzərdən keçirmək, nöqsanları və ehtiyacları müəyyənləşdirmək;

 

5. Maliyyə, xarici əlaqələr, insan resursları, inkişaf və informasiya texnologiyası şöbələrinə, həmçinin müdiriyyət ofisinə aid daxili nizamnamələrin təsdiqlənməsi;

 

6. Şura rəhbərliyinin təsdiqi ilə şuranın iş planında yer tapmış digər məsələlərin araşdırılması.

 

Şuranın üzvləri:

 

1. İnstitutun rəhbərliyi;

2. İnstitutun dörd müavini;

3. Xarici əlaqələr rəhbərliyi;

4. Dörd tədris məktəbinin müdirləri;

5. Üç ofisin məsul şəxsləri;

6. Tədris mərkəzinin müdirinin təklifi və institutun müdirinin təsdiqləməsi ilə bütün tədris mərkəzlərindəki elmi qrupların müdirləri arasından bir nəfər.

 

2. İnstitutun fiqh şurası

 

Fiqh şurası institut tərkibində fiqh və üsul hadisələrində ən əsas məşvərət obyektidir. Bu şuranın təsis olunmasında məqsəd Ali Fiqh İnstitutunun fiqh və üsul məsələlərindəki ümumi oriyentasiyasını təyin etməkdir. İnstitutun tədris, tədqiqat, təlim-tərbiyə və sair mehvərlərində fiqh və üsul məsələləri ilə bağlı planlaşdırılma və siyasətlər bu şurada müşahidə olunur.

 

Şuranın üzvləri:

 

1. Camiətül-Mustafanın rəhbərliyi;

2. İnstitutun rəhbərliyi;

3. Konfransların mövzuları əsasında dəvət olunan Camiətül-Müstəfanın daxili və xaricindəki bəzi seçkinlər;

4. Fiqh və üsul elmi-tərbiyəvi qruplarının hörmətli müdirləri;

5. İnstitutun təhsil və tədris şöbə müdirləri.

بازديد کنندگان اين صفحه: 730 بازديدکنندگان امروز: 43 کل بازديدکنندگان: 30823 0/8040

تمامی حقوق این سایت برای مجتمع آموزش عالی فقه محفوظ است.