Search
Advanced search
English | فارسی | Urdu | Az | العربی
صفحه اصلی > İnstitutun şöbələri  > İnstitutun müdiriyyət ofisi 

İnstitutun müdiriyyət ofisi

İnstitutun müdiriyyət ofisi  müraciətləri cavablandırmaq, hörmətli müdirin göstərişlərini yerinə yetirmək, Cameətul-mustafanın qurumları ilə rabitə yaratmaq, xəbər agentlikləri ilə əlaqə qurmaq və sair bu kimi icra xarakterli vəzifələri ilə yanaşı institut şuralarının konfranslarının keçirilməsi, onun qanunvericiliyi, institutun qurumlarının fəaliyyətinə nəzarət və institut şöbələri arasında rabitələri uyğunlaşdırmaq işinə də yetişir. Aşağıda qeyd edeceyimiz 4 bölmə institutun müdiriyyət ofisində fəaliyyət  göstərirlər :

1.       Müraciətlər

2.       Seçkinlər

3.       İntizam komitəsi

4.       Nəzarət

Müraciətlər bölməsi

                Bu bölmənin aşağıdakı fəaliyyətlərinə işarə etmək olar:

1.       Cameətul-mustafadakı bütün qurumlarla rabitə yaratmaq ;

2.       Müdiriyyətin müxtəlif proqramları və toplantılarının yekununu  hazırlamaq;

3.       Müdiriyyət ofisinə gəlmiş məktubları, fayılları və .... qəbul etmək və son nəticənin elan olunmasınadək onların işlərini görmək;

4.       Müdiriyyət ofisinə olan müraciətləri cavablandırmaq və müraciət edənlərə bu barədə şəfqətlə yol göstərmək;

5.       Institutun müdirinin göstərişlərini şəxslərə və bölmələrə çatdırmaq ;

6.        Müdiriyyətə aid olan  iclasın protokollarını hazırlamaq və bu barədə olan qərarlara yetişmək ;

7.       Müdiryyətin gündəlik görüşləri, yığıncaqları və fəaliyyətlərini proqramlaşdırmaq və daxili toplantıların ehtiyacları ilə maraqlanmaq ;

8.       Göstərişə uyğun olaraq rabitə yaratmaq məqsədi ilə şəxslər və mərkəzlər barəsində məlumat toplamaq;

9.       Müdiriyyətin göstərişinə əsasən bəzi tələbələrin təhsil, tərbiyə və iqtisadi vəziyyəti haqqında məlumat almaq ;

10.   Müdiriyyətin tələbələrin və institutun işçilərinin evlərinə baş çəkməsini proqramlaşdırmaq ;

11.   Institutun daxili şuralarının iclas protokollarını və  zəruri sənədləri arxivdə saxlamaq

Seçkinlər bölməsi

                Bölgə ehtiyaclarını öyrənmək, münasib imkanlar hazırlamaq və proqramlaşdırma vasitəsi ilə cəmiyyətin müxtəlif siniflərinin, xüsusi ilə istedadlı şəxslərin çiçəklənməsi və inkişafı üçün zəmin yaratmağa çalışan cəmiyyət öz yüksəlişi və yadlara ehtiyacsızlığı barədə düşünə bilər.

                Hər bir təhsil institutunun mühüm vəzifələrindən biri də seçkinlərə,istedadlı şəxslərə xüsusi diqqət göstərmək və onların mümkün qədər yaxşı və çox inkişafı və yüksəlişinə şərait yaratmaqdır.

                Hər bir institutun yüksəlişi, inkişafı, müxtəlif sahələrdə insan resurslarının təmin olunması uyğun institutdakı istedadlı, seçkin şəxslərin necə himayə olunmasından asılıdır.

                Şübhəsiz, Cameətul-mustafanın  mühüm və əsas vəzifələrindən olan məsələ, yəni İslam dünyasının və şiənin seçkinlərinin və parlaq istedadlarının təlim-tərbiyəsinə xüsusi diqqət göstərmək, elm insanlarını bir növ dəyərləndirmək olmasından əlavə, bütün dünyada müsəlmanların və şiələrin inkişafına və yüksəlişinə də səbəb olub və olacaqdır.

                Qeyri- iranlı tələbələrin əxlaq, təhsil və araşdırma baxımından inkişafını öz öhdəsinə götürmüş Ali Fiqh İnstitutunun seçkinlər bölməsinin üzərində olduqca ağır və məsuliyyətli bir vəzifə var. Hicri-şəmsi 1384-cü ilin bəhmən ayında seçkinlər bölməsi təşkil olundu  və nizamnaməsi hazırlandıqdan və təsdiqləndikdən sonra  öz fəaliyyətinə başladı.

                                                                Hədəflər və siyasətlər

1.       Xüsusi istedada malik tələbələri tanımaq, ortaya çıxarmaq;

2.       Istedadlı, seçkin tələbələrlə qarşılıqlı ünsiyyət yaratmaq üçün zəmin yaratmaq;

3.       Mütəfəkkir alimlər, seçkinlər və istedadlı şəxslərin elm,  tədqiqat, əxlaq, mənəviyyat və mədəniyyət baxımından inkişafına çalışmaq;

4.       Öz məntəqələrində idarəçilik qabiliyyətinə malik tələbələrin inkişafına xüsusi diqqət göstərmək;

5.       Əxlaqi, tərbiyəvi, elmi vəziyyətlərinin yüksəldilməsi üçün, seçkinlərin təhsil və əxlaq baxımından yol göstərən  ustadlarla daim rabitədə olmasına münasib şərait yaratmaq;

6.       Seçkinlərin təhsil və tərbiyəvi işləri ilə bağlı institutun mövcud potensialından ən gözəl şəkildə istifadə etmək;

7.       İnstitutun idarəçilik işlərində seçkinlərdən istifadə etmək və təbliğ, təlim–tərbiyə ərsələrində onların bacarıqlarından mümkün qədər çox faydalanmaq;

8.       Seçkinlərin hazırlanmasında elmi hövzələrin, mədrəsələrin sünnələrini nəzərə almaq;

9.       Seçkinlərə xüsusi köməklərin olunması;

10.   Seçkin tələbələr ilə digər tələbələr arasında ayrıseçkilik yaranmamasına çalışmaq.

Seçkinlər bölməsinin  vəzifələri

1.       Seçkinləri tanımaq üçün daimi mütailə aparmaq və onları seçkinlər şurasına tanıtdırmaq;

2.       Seçkinlərin işləri ilə xüsusi şəkildə maraqlanmaq;

3.       Ustadlarla seçkinlər arasında qarşılıqlı rabitə yaranması üçün proqramlaşdırma aparmaq;

4.       Seçkinlərin elm, tədqiqat və tərbiyə baxımından inkişafı üçün bu barədə proqramlar təklif etmək;

5.       Seçkinlər şurasının qanunvericiliyinin icrası;

6.       Seçkinlərin inkişafını dəyərləndirmək və buna nəzarət etmək və bu barədə seçkinlər şurasına məlumat vermək.

İntizam komitəsi

                Elm,  təhsil, araşdırma mühitinin müqəddəsliyi, xüsusi ilə hövzə və mədrəsələr mühiti İslam mədəniyyətində bunu tələb edir ki, İslam elmlərini öyrənənlər nəfsin paklaşdırılması, nizam, fərdi və ictimai intizam baxımından yüksək səviyyədə olsunlar. Pak imamlar məktəbinə şagirdliyə ləyaqət kəsb etsinlər, Quran və itrət elm və mənəviyyat çeşməsindən bilik əldə etdikdən sonra insanlara din mədəniyyəti sahəsində rəhbərliyə çalışsınlar və qəlbləri həzrət Haqqa doğru meylləndirsinlər.

                Bu səbəbdən institutun intizam komitəsi  Cameətul-mustafanın və Ali Fiqh İnstitutunun makro siyasətlərini nəzərə almaqla fəaliyyət göstərir.

                                                                                Nəzarət bölməsi

                Bu bölmə institutun bütün bölmərinə nəzarət edib, bu barədə müdiriyyətə məlumat verməkdən əlavə müdiriyyətin göstərişi əsasında xüsusi hallarla bağlı lazım olan addımları atır.

 

بازديد کنندگان اين صفحه: 349 بازديدکنندگان امروز: 57 کل بازديدکنندگان: 30837 0/7640

تمامی حقوق این سایت برای مجتمع آموزش عالی فقه محفوظ است.