Search
Advanced search
English | فارسی | Urdu | Az | العربی
صفحه اصلی > İnstitutun şöbələri  >  Maliyyə şöbəsi 

 

                                        Maliyyə şöbəsi

            Maliyyə  şöbəsi öz vəzifəsi olan proqramlar və işləri  aşağıdakı 3 idarə vasitəsi ilə icra edir:

1.       Maliyyə idarəsi (bu idarərin tərkibində katiblik işləri və mühasibat işləri bölmələri var);

2.       Tələbələr və ailələrin işləri idarəsi;

3.       Ümumi idarə;

Siyasətlər və hədəflər

1.       Keyfiyyətin kəmiyyətdən üstün  hesab olunması və müraciət edənlərə hörmətlə yanaşma prinsipi;

2.       Icra işlərində diqqətin, sürət və faydalanmanın artması üçün münasib zəmin yaratmaq;

3.       Tələbələrə daha gözəl xidmət göstərmək üçün digər bölmələrlə anlaşma, həmkarlıq və çalışma ruhiyyəsi yaratmaq;

4.       Tələbələrə aid icra işlərinin tez və asan həll  edilməsi və tələbələrin təklifləri və tənqidləridən bəhrələnmək;

5.       Tələbələrin yüksək ruhiyyədə olması üçün onlara layiq şəkildə münasib fəzanın yaranmasına zəmin hazırlamaq;

6.       İnstitutun hədəfləri, missiyaları əsasında fəaliyyətləri təyin etmək və istiqamətləndirmək;

7.       Aidiyyatı üzrə ərsələrdə fəaliyyətlər barəsindəki nəzərlərdən faydalanmaq və nöqsanları aradan qalxızmağa çalışmaq;

8.       Təyin olunmuş hədəflərə çatmaq  üçün institutun imkanlarından gözəl şəkildə faydalanmaq və puç israflardan çəkinmək;

9.       İnstitututda  və yataqxanalarda tələbələrin təhlükəzliliyini və asayişini təmin etmək;

10.   Təbiəti qorumağa və yaşıllıq yaratmaq, həmçinin institutun və ona tabe qurumların ümumi  təmizliyinə çalışmaq.

 

Maliyyə idarəsi

            Bu idarərinin  öhdəsində olan işlərdən biri də budur ki, təsdiqlənmiş siyasətlər və proqramlar əsasında institutun digər bölmələrinə öz missiyalarını yerinə yetirməkdə köməkçi olsun.

 

Mühasibə bölməsi

            Bu bölmədə toplamaq, qruplaşdırmaq, qeydiyat aparmaq, məlumatları xülasələşdirmək və xüsusi formada maliyyə yekunlarının hazırlanma prosesləri yerinə yetirilir. Bu bölmənin vəzifələri aşağıdakılardan ibarətdir:

1.       İnstitutun xərclərini ödəmək;

2.       İnstitutun aylıq və illik xərclərini hesablayıb,onu Əlmustafanın ümumi maliyyə işləri idarəsinə göndərmək;

3.       İnstitutun digər bölmələrindəki ləğv olunmuş qərardadları kontrol etmək və araşdırmaq və bu barədə Əlmustafaya məlumat vermək.

Katiblik bölməsi

            Bu bölmə təyin olunmuş metodlar əsasında institutun katiblik işlərini öhdəsinə götürüb; Bu bölmə həmçinin instituta daxil olan və xaric olan məktubların münasib şəkildə yerinə çatdırılması prosesinə nəzarət edir.

            Bu bölmənin fəaliyyətlərindən bir neçəsinə işarə edək:

1.       Qeydiyyat aparmaq və aktivləşdirmək; İnstituta daxil olmuş məktubları skanerdən keçirmək;

2.       Məktublar barəsində tələbələri cavablandırmaq və ehtiyac olduqda məktubları möhürləmək;

3.       Bütün məktubları, elamiyyələri institutda əsas ünvanlarına çatdırmaq;

4.       Bütün bukletləri, məktubları, tələbələrin və institut işçilərinin  müxtəlif sifarişlərini tayp etmək və printerdən çıxartmaq.

 

 

 

Tələbələr və ailələrin işləri idarəsi

            Tələbələr və ailələrin işləri idarəsi tələbələrin bütün iqtisadi və məişət işlərini öhdəsinə götürüb və dörd bölmədə öz xidmətlərini göstərir:

 

                                                                        İdarə bölməsi

 

            Bu bölmənin  vəzifə və fəaliyyətləri aşağıdakılardan ibarətdir:

1.       Bütün idarələrə, təşkilatlara, kitabxanalara, həmçinin böyük mərceyi-təqlidlərin dəftərxanalarına məktub və tanıtdırma göndərmək;

2.       Sağlamlıq kartının verilməsi;

3.       Tələbələrin stipendiyasına aid işlər (stipendiyanın verilməsi və kəsilməsi, evlilik stipendiyası, stipendiyanın artırılması);

4.       Buraxılış üçün müqəddimə işləri;

5.       Arxivləşdirmə; lazım olduqda ehtiyac olan sənədləri tələbələrin özünə təhvil vermək, ehtiyac olduqda digər bölmələrə məlumatlar və  sənədlər təqdim etmək; həmçinin müxtəlif ölkələrdən tələbələrə gələn məktubları tələbələrə təhvil verənədək, qoruyub saxlamaq.

 

Pasport bölməsi

            Bu bölmə aşağıdakı işləri yerinə yetirməyə vəzifəlidir:

1.       Pasporta aid bütün idarə işlərini yerinə yetirmək;

2.       Tələbələrin işləri üzrə ümumi idarə ilə məktublaşmaq;

3.       Polisin xarici mühacirlər və vətəndaşların işləri idarəsi ilə məktublaşmaq;

4.       Nazirliyin xarici mühacirlər və vətəndaşların işləri idarəsi ilə məktublaşmaq;

5.       Tələbə vizasının verilməsi və müddətinin artırılması;

6.       Buraxılış və qayıdış işləri, birtərəfli buraxılış;

7.       Sürücülük  vəsiqəsinin verilməsi üçün tələbələrin dövlət yol polisi idarəsinə tanıtdırılması.

 

Məişət işləri bölməsi

            Bu bölmənin öhdəsinə aşağıdakı vəzifələr düşür:

1.       Mənzil və məskunlaşma işləri; Mənzil vermək, icarənəşinlərə icarə xərcinin verilməsi,

2.       Qərzül-həsənə verilməsi( faizsiz kredit) ;

3.       Təhsil və vizanın müddətinin artırılması kimi digər məişət xərclərinin ödənməsi.

 

Araşdırma bölməsi

            Bu bölmənin vəzifələri aşağıdakılardan ibarətdir:

1.       Xüsusi komisiya işləri

İcarənəşin tələbələri tanıtdırmaq; Ev ləvazimatlarının verilməsi üçün yeni evlənmiş tələbələri tanıtdırmaq; Ağır problemlə üzləşmiş tələbələri onlara kömək edilməsi üçün lazım olan ünvanlara tanıtdırmaq.

 

2.       Tələbələrin evlərinə, ailələrinə baş çəkmək

Ölüm hadisələri, xüsusi xəstəliklər zamanı, evin yanması, oğurluq, icarənişinlə ev sahibi arasında problem yaranması kimi hallarda onlara kömək etmək.

3.       Araşdırma və tələbləri təsdiqləmə işləri

4.    Cameətul-Mustafanın sağlamlıq şöbəsinə tanıtdırmaq

 Sağlamlıq problemi olan tələbələrə daha çox xidmətlər göstərilməsi, onların problemlərinin həll olunması üçün bu tələbələr Cameətul-mustafanın sağlamlıq bölməsinə tanıtdırılırlar.

4.       Körpə dünyaya gələrkən hədiyyə verilməsi

 

Ümumi idarə

İnstitutun və yataqxanadakı bütün avadanlıqların təmiri və qorunması.

İnstitutun və yatqxananın ümumi təmizliyi, bağbanlıq, yaşıllaşdırma işləri, ağacların və güllərin sulanması, qonaqlara, ustadlara, tələbələrə xidmət göstərilməsi, tələbələrə yeməklərin paylanması;

Institutda keçirilən müxtəlif bayramlarda, imamların doğum günləri və vəfat günləri münasibəti ilə keçirilən  mərasimlərdə, elmi konfranslar və seminarlarda və digər toplantılarda xidmət göstərilməsi;

İnstitutun xaricindən gələn zəngləri bölmələrə qoşmaq;

Mühafizə işləri, nəzarət, azan yayımlamaq və...

Tələbələrə verilən yeməklə baglı maliyyə yekununu hər ayın axırı Camiətul-Mustafanın mühasibə şöbəsinə ötürmək, tələbələrə yeməyin hansı formada paylanmasına nəzarət etmək. Və bir çox digər mühüm vəzifələr bu bölmənin öhdəsinə düşür.

 

 

 

 

 

بازديد کنندگان اين صفحه: 512 بازديدکنندگان امروز: 68 کل بازديدکنندگان: 29060 0/8125

تمامی حقوق این سایت برای مجتمع آموزش عالی فقه محفوظ است.